“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
Dövlət Gömrük Komitəsində fəaliyyətini başa vuran növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar verilib.
Bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin formalaşdırılmasındakı misilsiz xidmətlərindən, gənclərimizə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb. Qeyd olunub ki, məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü gənclər siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, bilik və bacarıqlarını artırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb.
O da vurğulanıb ki, “Könüllü gömrükçü” dəstəsinin üzvləri fəaliyyətləri dövründə gömrük işinin təşkili prosesi ilə yanaşı, gömrük sistemində reallaşdırılan sosial layihələrdə də yaxından iştirak ediblər və əldə etdikləri biliklər, qazandıqları təcrübələr gələcək karyeralarının qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi