Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sədərək gömrük postunda təlim keçirilib

Sədərək gömrük postunda təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin  və “Natiqlik” Akademiyasının birgə təşkilatçılığı ilə “Natiqlik - gözəl danışma sənəti” mövzusunda Sədərək gömrük  postunda təlim keçirilib. Təlimi “Natiqlik” Akademiyasının təsisçisi Ramal Məmişov aparıb. 
Tədbirin əvvəlində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev  gözəl danışma sənətinin təbii və qazanıla biləcək səriştə olduğunu, bu cür təlimlərin keçirilməsinin gömrük əməkdaşlarının inkişafında və vətəndaşlarla ünsiyyət zamanı vətəndaş məmnunluğunun təmin olunmasında olduqca mühüm rol oynadığını vurğulayıb. 
Təlim, gənclərin maraqla dinlədiyi xarizmatik nitq texnikası, akademik natiqlik, gözəl danışma sənəti, vətəndaşlar ilə ünsiyyət zamanı yarana biləcək nöqsanlar, onların aradan qaldırılması  və bu kimi digər mövzuları əhatə edib. 
Qeyd edək ki, növbəti  təlimlər  Naxçıvan Baş Gömrük İdarəsi və tabeli gömrük postlarında da davam etdiriləcək.
 

10 İyul 2023 15:41
195