Gömrük Akademiyasının tələbələri Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqənin qalibi olublar
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqənin qalibi olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Şıxlinskilər adına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqənin qalibi olublar.
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ADA Universitetində keçirilən müsabiqədə ümumilikdə 6 ali təhsil müəssisəsinin komandaları iştirak edib.
6 mərhələdən ibarət olan müsabiqədə tələbələrin rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq humanitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqları qiymətləndirilib. Gərgin mübarizənin sonunda müsabiqənin qalibi adına Dövlət Gömrük Komitəsinin Akademiyası layiq görülüb. 2-ci yerə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası, 3-cü yerə isə ADA Universitetinin komandası layiq görülüb.
Sonda qaliblər kubok və sertifikatlarla təltif olunublar.