Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

İyulun 11-də  Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə xarici  ticarət iştirakçıları arasında “Gömrük anbarlarının işə salınması” mövzusunda görüş keçirilib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən görüşdə Komitə əməkdaşları gömrük anbarları mövzusunda təqdimatla çıxış ediblər.

Xarici ticarət iştirakçılarına gömrük anbarlarının işləmə mexanizmi, gömrük anbarlarının təsis edilməsi qaydaları, anbarların tipləri və bu sahədə müvafiq qanunvericilik barədə məlumat verilib, mövzu ilə bağlı  biznes nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

11 İyul 2023 17:53
195