Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib
İyulun 14-də Dövlət Gömrük Komitəsininin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərə dair iclas keçirilib.
Tədbirin əvvəlində iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 2023-cü ilin 6 ayına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə şəxsi heyətə məlumat verib. Qeyd olunub ki, 2023-cü ilin birinci yarısı ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlıdır.
Daha sonra aidiyyəti üzrə gömrük əməkdaşlarının cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ötən ilin müvafiq dövrü ilə müqayisəli təhlilinə əsaslanan hesabatları dinlənilib. Həmçinin gömrük xidmətində aparılan struktur dəyişiklikləri və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vizual məlumatlar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi