Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini ilə görüşüb

İyulun 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Sayed Mohsen Esperi ilə görüşüb. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) gömrük xidmətləri rəhbərləri Şurasının  Bakıda keçirilən 9-cu iclası çərçivəsində baş tutan görüşdə regional əməkdaşlıq, beynəlxalq tranzitin inkişafı, gömrük xidmətləri arasında əlaqələrin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.
Hazırda təşkilata sədrlik edən Azərbaycan ilə İƏT arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edilib və ölkəmizin sədrliyi zamanında mühüm irəliləyişin əldə olunduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin ticarətin asanlaşdırılması və sürətləndirilməsində gömrük orqanlarının rolundan, gömrük sahəsində elektron məlumat mübadiləsi, prosedurların rəqəmsal həllər hesabına avtomatlaşdırılması, hüquqpozmalara qarşı mübarizə istiqamətində vahid məlumat bazasının yaradılmasının əhəmiyyətindən bəhs edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyul 2023 15:55
195