Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib
Növbəti daxili müsabiqənin ikinci mərhələsi keçirilib
Dövlət Gömrük Komitəsinin struktur bölmələri üzrə vəzifə dəyişikliyində və vəzifədə irəli çəkilmə zamanı şəffaflığın təmin olunması, gömrük sistemində çalışan potensiallı, zəruri səriştələrə malik əməkdaşların müəyyənləşdirilərək vakant vəzifələr üzrə kadr ehtiyaclarının səmərəli qaydada təmin edilməsi məqsədilə keçirilən növbəti daxili müsabiqənin ikinci mərhələsi yekunlaşıb.
Gömrük sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələri üzrə keçirilən müsabiqə, həmçinin ehtiyat kadr bazasının formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 388 gömrük əməkdaşı müraciət edib və onlardan 340 nəfəri ikinci mərhələyə qatılmaq hüququ qazanıb.
İkinci - “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” mərhələsində isə 307 gömrük əməkdaşı iştirak edib.
Qeyd edək ki, ikinci mərhələnin nəticələri 5 gün ərzində elan olunacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi