Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində gömrük nəzarətindən gizlədilmiş siqaretlər aşkar edilib

Yük avtomobillərində gömrük nəzarətindən gizlədilmiş siqaretlər aşkar edilib

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Azərbaycana gələn iki yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin avtomobillərdə gömrük nəzarətindən gizlədilmiş 390 qutu “Parliament Platinum”, 400 qutu “Parliament Aqua Blue”, 70 qutu “Marlboro Silver Blue”, 10 qutu “Marlboro White” markalı, ümumilikdə 870 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 İyul 2023 14:17
195