Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Aksiz markası olmayan siqaretlər aşkarlandı

Aksiz markası olmayan siqaretlər aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan  1060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı  siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 İyul 2023 13:30
195