Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
“Könüllü gömrükçü"lər Ramana qəsəbəsində tarixi-mədəni abidələrlə tanış olublar
Əsas
Faydalı
Xəbərlər
“Könüllü gömrükçü"lər Ramana qəsəbəsində tarixi-mədəni abidələrlə tanış olublar
“Könüllü gömrükçü"lər Ramana qəsəbəsində tarixi-mədəni abidələrlə tanış olublar
Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Könüllü gömrükçü” dəstəsinin üzvlərinin Bakının Ramana qəsəbəsinə ekskursiyası təşkil olunub.
Milli-mədəni irsin təbliği məqsədi ilə təşkil edilən səyahət zamanı iştirakçılar qədim Ramananın tarixi-mədəni abidələri ilə tanış olub, eləcə də son zamanlar abadlaşdırılan qəsəbə küçələrini gəzib, xalçaçılıq mərkəzinə, yerli məhsulların satıldığı mağazalara baş çəkiblər.
Ekskursiya zamanı Dövlət Gömrük Komitəsinin əməkdaşlarına “Bakı Abadlıq MMC” tərəfindən Quba xalçaçılıq məktəbinin nümunələrindən biri, həmçinin “Gilabi Ceramics” tərəfindən üzərində Ramana qəsəbəsinin təsviri olan dulusçuluq əsəri xatirə hədiyyəsi kimi təqdim edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
31 İyul 2023 18:28