Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Tibbi predmetləri gömrük nəzarətindən gizlətmək cəhdi baş tutmadı

Tibbi predmetləri gömrük nəzarətindən gizlətmək cəhdi baş tutmadı

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin dartıcısının salonunda və qoşqusundakı su çənində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 15 adda 1586 ədəd dərman vasitəsi və 128 ədəd tək istifadə üçün nəzərdə tutulan iynə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Avqust 2023 15:19
195