Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda dərman preparatı aşkar edilib

Xeyli miqdarda dərman preparatı aşkar edilib

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən xeyli miqdarda dərman preparatı aşkar ediblər.

Stasionar rentgen qurğusu ilə aparılan gömrük yoxlaması zamanı Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişinlərdən ikisinin əl yüklərindəki 4 qutuda şübhə doğuran təsvirlər müşahidə olunub. Şifahi sorğu-sual zamanı həmin şəxslər əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Əsaslı yoxlama zamanı isə şübhəli yüklərin içərisində, 250 qramlıq yağ paketlərinin altında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, üzərində “Cinnatropin Somatropin 10 mg/1.5 ml” yazısı olan, ümumilikdə 42 qutuda qablaşdırılan 126 ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Avqust 2023 15:23
195