Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb

“Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb

Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xidmət pəncərəsi fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsindəki yeni KOB dostunun xidmət pəncərəsinin fəaliyyəti ilə tanış olublar. 

Yeni xidmət məntəqəsi sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım xidmətləri göstərəcək. Eyni zamanda sahibkarların müraciətlərinin KOBİA və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ şəkildə həll olunmasına şərait yaradacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Avqust 2023 19:15
195