Zəhərli maddə aşkar edildi
Zəhərli maddə aşkar edildi
Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına “Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülmüşdür.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası CM-nin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi