Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ölkə sərhədindən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsi mövzusunda canlı yayım təşkil olunacaq

Ölkə sərhədindən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsi mövzusunda canlı yayım təşkil olunacaq

Gömrük sistemində aparılan təkmilləşdirmələr, tətbiq edilən yeniliklər, eləcə də vətəndaşları maraqlandıran mövzularla bağlı Dövlət Gömrük Komitəsinin feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən əvvəlcədən müəyyən edilmiş qrafik əsasında növbəti canlı yayım təşkil olunacaq. Canlı yayımda ölkə sərhədindən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsinə dair izahlı təqdimat nümayiş etdiriləcək.

Ətraflı: https://customs.gov.az/az/faydali/online-teqdimatlar

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Avqust 2023 15:26
195