Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarında yerləşən “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər. 

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə keçirilən aksiya zamanı yürüş iştirakçıları Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə qalxaraq orada dövlət bayrağımızı dalğalandırıblar. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Avqust 2023 18:12
195