Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün növbəti təlimlər keçirilib

Gömrük əməkdaşları üçün növbəti təlimlər keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin və postlarının əməkdaşları üçün növbəti təlimlər keçirilib.

Gömrük nəzarətinin təşkili, gömrük yoxlaması, beynəlxalq tranzit, “Yaşıl dəhliz” və əqli mülkiyyət hüquqları mövzularında keçirilən təlimlərin məqsədi gömrük əməkdaşlarının potensialını gücləndirmək, bilik və bacarıqlarını artırmaqdır.

İnteraktiv qaydada keçirilən təlimlərdə Dövlət Gömrük Komitəsinin mütəxəssisləri gömrük əməkdaşlarına təqdimatlar əsasında məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlərdə Sumqayıt Gömrük İdarəsi, “Kürdəmir”, “Şirvan”, “Poçt və ekspres daşımalar” gömrük postları üzrə ümumilikdə 16 əməkdaş iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Avqust 2023 18:14
195