Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

23 Avqust 2023 15:46
195