Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla görüş keçirilib

Sahibkarlarla görüş keçirilib

Astara Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması, biznes nümayəndələri ilə səmərəli dialoqun qurulması, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub.

Tədbirdə biznes nümayəndələrinə Gömrük Xidmətinin Fəaliyyət Proqramı haqqında məlumat verilərək bildirilib ki, son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin əsas hədəfi gömrük işinin təşkili sahəsində qabaqcıl təcrübələri, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrini nəzərə almaqla gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması, könüllü riayətetmə prinsipinin formalaşdırılması, şəffaflığın təmin edilməsi, rəqəmsal həllərin genişləndirilməsidir. Həmçinin sahibkarlar tətbiq edilən layihələr, rəsmiləşdirilmə, sərhədkeçmə, bəyanetmə prosesində aparılan təkmilləşdirilmələr və onların faydaları barədə də məlumatlandırılıb.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Avqust 2023 14:47
195