Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib
Dövlət sərhədindən buraxılış məntəqələrində sanitariya nəzarəti gücləndirilib
İran İslam Respublikasında Krım-Konqo hemorragik qızdırmasına yoluxma hallarının təsdiqlənməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində sanitariya nəzarəti tədbirləri gücləndirilib.
Həyata keçirilən əks-epidemik tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişləri Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin epidemioloqları ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində Krım-Konqo hemorragik qızdırmasının geniş yayıldığı ölkələrdən gələn şəxslər üzərində tibbi nəzarətin gücləndirilməsinə dair təlimlər keçiriblər.
Təlim zamanı DGK Tibbi Xidmət İdarəsi tərəfindən hazırlanan "Xüsusi Təhlükəli İnfeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"da əks olunan Krım-Konqo hemorragik qızdırmasına aid materialların gömrük əməkdaşlarına çatdırılması, əks-epidemik tədbirlərin həyata keçirilməsi və digər qurumlarla qarşılıqlı məlumat mübadiləsi məsələsinə xüsusi diqqət yetirilib.
Maarifləndirici tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrində davamlı olaraq həyata keçiriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi