Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Sahibkarlarla növbəti görüş Biləsuvar Gömrük İdarəsində təşkil olunub.
Görüş gömrük-biznes münasibətlərinin daha işgüzar səviyyədə qurulması və gücləndirilməsi, xarici ticarət iştirakçılarının gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı məlumatlandırılması, həyata keçirilən yeniliklər, həmçinin idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı sahibkarların təklif və rəylərinin öyrənilməsi məqsədilə keçirilib.
Biznes nümayəndələrinə “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər barədə məlumat verilib. Qeyd olunub ki, məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan, sadə və sürətli şəkildə həyata keçirilməsi əsas məqsədlərdir. Həmçinin könüllü riayətetmə prinsipinin formalaşdırılması, gömrük sistemində tətbiq edilən yeni layihələr barədə də məlumat verilib.
Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi