Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin İdmançısı Avropa çempionu olub

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin İdmançısı Avropa çempionu olub

Estoniyanın Tallin şəhərində keçirilən Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı Qaşım Maqomedov taekvondo idman növündə qızıl medal qazanıb.

Azərbaycan yığma komandasının tərkibində 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov gərgin keçən döyüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu tituluna sahib olub. 

Qeyd edək ki, taekvondoçumuz mübarizəyə 1/8 finaldan qoşulub. İlk görüşdə danimarkalı Riski Farnesi, daha sonra Xristiyan Giorgiyevi (Bolqarıstan) məğlub edib, yarımfinalda Lev Korneyev (Serbiya), finalda  isə niderlandlı Amyen Açni üzərində qələbə qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Avqust 2023 09:36
195