Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” mövzusunda təlim keçirilib. Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrin əməkdaşları  iştirak ediblər.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov  mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkdaşlarını təlimdə aktiv olmağa dəvət edib.

Sonra Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” barədə danışıb, həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə məlumat verib, gələcəkdə tətbiq ediləcək yeni layihələrin əhəmiyyətindən söz açıb.

Təlimdə gömrük əməkdaşlarını maraqlandıran suallar ətraflı cavablandırılıb, dinləyicilərin təlimi mənimsəmə səviyyəsinin ölçülməsi məqsədilə 30 dəqiqə ərzində 10 tapşırıq sualı təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Sentyabr 2023 18:08
195