Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində gömrük əməkdaşları üçün təlimlər keçirilib.

İki gün davam edən təlimlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları, o cümlədən gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi: əsas prinsiplər və tətbiqi məsələlər”, “Vətəndaşlarla iş standartları”, “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu: tələblər, tətbiqi məsələlər və beynəlxalq standartlar”, “Liderlik” və “İşgüzar etiket qaydaları” mövzuları üzrə təqdimatlar keçirilib, iştirakçılar müxtəlif qruplarda şərti tapşırıqları yerinə yetiriblər. Daha sonra müvafiq mövzular üzrə müzakirələrin keçirilməsilə təlimlər interaktiv qaydada davam etdirilib.

Xatırladaq ki, təlimlərdə Sumqayıt Gömrük İdarəsi, “Kürdəmir”, “Şirvan” və “Poçt və ekspres daşımalar” gömrük postları üzrə, ümumilikdə 17 əməkdaş iştirak edib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Sentyabr 2023 12:04
195