Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər

CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər

Sentyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində gömrük əməkdaşları üçün təlim keçirilib.

Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktoru Ataqeldi Yazlıyevin rəhbərliyi ilə baş tutan təlim gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, potensialını gücləndirilmək məqsədilə təşkil edilib.

Təlim zamanı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi zamanı mübarizə metodlarından, bu sahədə aparılan təhlillərdən ətraflı bəhs edilib.

Daha sonra təlim narkotik dövriyyəsi ilə bağlı əməliyyatlar, narkotiklərin əsas çatdırılma marşurutları mövzularında təqdimatlarla davam edib. CARICC-in nümayəndələri narkotik vasitələrlə bağlı statistik göstəriciləri, mübarizə tədbirləri, beynəlxalq əməkdaşlıq, bu sahədə müşahidə olunan yeni məlumatları gömrükçülərin diqqətinə çatdırıblar.

Tədbirdə nümayiş etdirilən təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Sentyabr 2023 15:20
195