Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarları məlumatlandırmaq, həmçinin idxal və ixrac əməliyyatları, mövsümi malların rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə biznes nümayəndələrinə “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər barədə məlumat verilib, həmçinin qeyd olunub ki, əsas məqsəd məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan və sürətli həyata keçirilməsidir.

Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Sentyabr 2023 16:41
195