Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş olub.

Görüş gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, sahibkarların  təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Dövlət Gömrük Komitəsinin son dövrlərdə apardığı təkmilləşdirilmələr, gömrük xidmətinin strateji hədəfləri barədə ətraflı məlumat verilib.

Daha sonra “Yaşıl Dəhliz” buraxılış sistemindən daim istifadə hüququ əldə etmiş sahibkarların ölkəyə idxal etdikləri yüklərlə bağlı mövcud vəziyyət təhlil edilib, həmçinin “Gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarlar qəbul edilməsinə dair Metodika”, “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”, “Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası” ilə bağlı  məlumatlar da sahibkarların diqqətinə çatdırılıb.

Sonda xarici ticarət iştirakçılarının təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Sentyabr 2023 10:46
195