Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Sentyabrın 6-dan 15-dək Bakı şəhərindəki Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində, Dövlət Gömrük Komitəsinin Akademiyasında, “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlimlər keçirilib.

Təlimlər azad və xüsusi iqtisadi zonalar, gömrük bəyannamələri, gömrük dəyəri, gömrük nəzarəti, nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması, “Bir pəncərə” prinsipi, gömrük nəzarətinin aparılmasında istifadə olunan texniki nəzarət vasitələri, multimodal daşımalar, əqli mülkiyyət hüquqları, malların gömrük sərhədindən keçirilməsi ilə bağlı qadağa və məhdudiyyətlər, milli-mədəni sərvətlərin idxalı, ixracı, qiymətli metallar və zinət əşyalarının ölçü vahidlərinin müəyyən edilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi mövzularını əhatə edib.

Keçirilən təlimlərdə Gəncə, Balakən, Tovuz, Biləsuvar, Astara və Xaçmaz gömrük idarələrində, "Poçt və ekspres daşımaları", Kürdəmir və Şirvan gömrük postlarında xidmət keçən, ümumilikdə 58 əməkdaş iştirak edib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Sentyabr 2023 10:50
195