Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

493 qram qızıl-zinət əşyaları aşkar olunub

493 qram qızıl-zinət əşyaları aşkar olunub

Daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin hava limanında xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.

Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Sentyabr 2023 11:07
195