Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

Qırğızıstanın Çolpan-Ata şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyəti əvvəl tədbirdə müzakirə olunacaq sənəd layihələrinin işlənib hazırlanması məqsədilə işçi qruplarının və ekspertlərin iştirakı ilə keçirilən iclasa qatılıb.

MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclasında tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən, dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, işçi qruplarının fəaliyyətləri və iş planları müzakirə edilib. Həmçinin, iclasın gündəliyinə çıxarılmış 10 qərar layihəsi müzakirə edilərək imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Sentyabr 2023 12:08
195