Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Müsahibədə uğur qazanmış əməkdaşlarla görüş keçirilib

Müsahibədə uğur qazanmış əməkdaşlarla görüş keçirilib

Dövlət Gömrük Komitəsinin aparatında, strukturuna daxil olan gömrük orqanları və tabeliyindəki digər qurumlarında mövcud vakant inspektor vəzifələrin tutulması məqsədilə "Azərterminalkompleks" Birliyində xidmət edən əməkdaşlar üçün təşkil olunan müsahibədə uğur qazanmış namizədlərlə görüş keçirilib.

Görüşdə gömrük işinin daha səmərəli şəkildə qurulması məqsədilə gömrük sistemində vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulmasının, müasir bilik və bacarıqlara malik kadrların önə çəkilməsinin vacibliyindən bəhs edilib  və müsahibənin qaliblərinə uğurlar arzulanıb.

Qeyd edək ki, müsahibədə iştirak edən 45 nəfərdən 43-ü müvəffəqiyyət qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Sentyabr 2023 19:37
195