Anım Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib
Anım Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib
27 sentyabr-Anım Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib. Tədbirin əvvəlində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən vandalizm və soyqırım aktlarından danışıb. O da qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin ideyalarının sadiq davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuz işğal altındakı ərazilərimizi azad edib. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla yanaşı, regionun hərtərəfli inkişafı, qlobal əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaranıb.
Həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları Anım Günü ərəfəsində şəhid ailələrini də ziyarət edib. Bildirilib ki, xalqımız qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq və onların keçdiyi şanlı döyüş yolu gələcək nəsillərin tərbiyəsində, vətənpərvər ruhda yetişməsində nümunə olacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi