Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Külli miqdarda tütün məmulatları aşkarlanıb
Külli miqdarda tütün məmulatları aşkarlanıb
Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş, üzərlərində Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif adda tütün məmulatlarının Bakı şəhəri ərazisində realizə edilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə 43000 (qırx üç min) qutu qanunvericiliyin tələblərinə uyğun olaraq aksiz markası ilə markalanmayan müxtəlif adda tütün məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
29 Sentyabr 2023 09:27