Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Xarici ticarət iştirakçılarına gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib
Əsas
Faydalı
Xəbərlər
Xarici ticarət iştirakçılarına gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib
Xarici ticarət iştirakçılarına gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib
Gəncə və Xaçmaz gömrük idarələrində sahibkarlarla görüş keçirilib. Görüş gömrük sistemində tətbiq edilən yeniliklər, rəsmiləşdirmə, sərhədkeçmə proseslərində aparılan təkmilləşdirilmələrlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, həmçinin yeni layihələrin səmərəliliyi, rasionallığı barədə sahibkarların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşlərdə gömrük orqanlarının strateji hədəflərindən bəhs edilib, məmnunluq, şəffaflıq, rəqəmsallaşma sahəsində tətbiq edilən layihələrin effektivliyi barədə xarici ticarət iştirakçılarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
29 Sentyabr 2023 15:23