Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Sosial şəbəkələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşılır.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişləri idxal gömrük rüsumu, aksiz vergisi, ƏDV, gömrük yığımları, vəsiqə və elektron gömrük haqqıdır. Gömrük rəsmiləşdirilməsi zamanı alınan ödənişlər xaricində tələb olunan ödənişlərin gömrük orqanlarına aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən toplanan və ya alınması gömrük orqanlarına həvalə edilən ödənişlər nağdsız qaydada həyata keçirilir. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Oktyabr 2023 18:12
195