Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Özbəkistan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib

Özbəkistan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 4-də Dövlət Gömrük Komitəsində Özbəkistan və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təşkil edilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Regional Proqram koordinatoru Naida Şamilova, Özbəkistan və Tükmənistan gömrük xidmətlərinin nümayəndələri iştirak edib.

Əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi məqsədilə təşkil olunan görüşdə proqram çərçivəsində görülən işlərdən bəhs edilib, gömrük işinin bütün sahələrində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin, qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb.

Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsinin “Hədəf Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olublar.

Həmçinin səfər çərçivəsində nümayəndə heyətləri Beynəlxalq Dəniz Ticarəti Limanında, Astara Gömrük İdarəsində gömrük işinin təşkili, sərhədkeçmə, qeydiyyat, nəzarət proseslərini əyani şəkildə izləyəcək, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndələri ilə görüş keçirəcəklər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Oktyabr 2023 15:34
195