Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Gömrük Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Dövlət Gömrük Komitəsinin Akademiyasında qeyd edilib.

Bu münasibətlə keçirilən görüşdə professor-müəllim heyətini təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək diqqət və qayğısından danışıb. Həmçinin tədris prosesinin müasir standartlara uyğun qurulmasının vacibliyindən söz açılıb, ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli, vətənpərvər, savadlı gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə minnətdarlıq ifadə olunub. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Oktyabr 2023 19:14
195