Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla növbəti görüş Qəbələdə keçirilib

Sahibkarlarla növbəti görüş Qəbələdə keçirilib

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Qəbələdə sahibkarlarla görüş keçirilib. Görüş xarici ticarət fəaliyyəti zamanı sahibkarların qarşılaşdıqları məsələlərin müzakirə olunması, təklif və rəylərinin öyrənilməsi, həmçinin gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və layihələr barədə  onların məlumatlandırılması məqsədilə təşkil olunub.

Qarşılıqlı diskussiya şəraitində keçirilən görüşdə sahibkarlara “Gömrük xidmətinin Fəaliyyət Planı” haqqında məlumat verilərək bildirilib ki, hazırda əsas strateji hədəflər vətəndaş və sahibkar məmnuniyyətinin, şəffaflığın təmin edilməsi, gömrük sistemində elektron həllər hesabına rəqəmsallığın daha da inkişafı, xidmətlərin əlçatanlığının artırılması, könüllü riayət prinsipinin formalaşdırılmasıdır. Tədbirdə gömrük orqanlarının strateji hədəflərinin icrası məqsədilə tətbiqinə başlanan layihələr barədə də məlumat verilib, sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Oktyabr 2023 13:31
195