Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən minifutbol turniri keçirilir
Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr edilən minifutbol turniri keçirilir
Oktyabrın 9-da Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilib.
Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazisində yerləşən gömrük idarələri arasında keçirilən minifutbol turnirinin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.
Turnirdə Dövlət Gömrük Komitəsinin Aparatını və tabeliyindəki idarələri təmsil edən 10 komanda 2 qrupda mübarizə aparır.
Yarışların ilk günündə A qrupunda 2, B qrupunda isə 1 oyun keçirilib.
Qeyd edək ki, turnirin final qarşılaşması oktyabrın 17-də keçiriləcək, yekununda qaliblərə kubok, medal və diplomlar təqdim ediləcək.
Xatırladaq ki, ötən il Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş gənclər arasında taekvondo üzrə yarış keçirilmişdi.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi