Əks-epidemik tədbirlərə dair maarifləndirici təlimlər keçirilib
Əks-epidemik tədbirlərə dair maarifləndirici təlimlər keçirilib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən “Astara”, “Biləsuvar”, “Qırmızı Körpü”, “Beynəlxalq Dəniz Ticarət Limanı”, “Hövsan”, “Liman” və “Dübəndi” gömrük postlarında COVID-19 yoluxmasına qarşı əks-epidemik tədbirlərə dair maarifləndirici təlimlər keçirilib. Təlimlərə postlarda fəaliyyət göstərən bütün xidmət və nəzarət orqanlarının əməkdaşları cəlb olunub.
Təlimlər zamanı COVID-19 infeksiyası haqqında məlumat, yoluxmanın yolları və əlamətləri, həmçinin fərdi qoruyucu vasitələr və onların istifadə qaydaları barədə "Xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"da əks olunan məlumatlar təqdim edilib.
Təlimlərin mütəmadi olaraq DGK-nın digər strukturlarında da keçirilməsi nəzərdə tutulub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi