Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilib

Potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilib

Balakən və Biləsuvar gömrük idarələrinin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlərin məqsədi əməkdaşların potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılmasıdır.

Biləsuvar Gənclər Evində keçirilən təlimlər malların gömrük sərhədindən keçirilməsi, gömrük nəzarətinin təşkili, gömrük baxışının və yoxlamasının aparılması qaydaları, əqli mülkiyyət, “Yaşıl dəhliz” buraxılış sistemi, beynəlxalq tranzit proseduru mövzularını əhatə edib.

Balakən Gənclər Evində keçirilən təlimlər isə etik davranış, intizam qaydaları, korrupsiyaya qarşı mübarizə, effektiv kommunikasiya, bədən dili və şəxsin davranış psixologiyası, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi mövzularında təqdimatlar nümayiş etdirilib, praktiki  tapşırıqlar icra olunub.

Ümumilikdə təlimlərdə 30 gömrük əməkdaşı iştirak edib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 Oktyabr 2023 19:29
195