Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti təlimlər Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşları üçün keçirilib

Növbəti təlimlər Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşları üçün keçirilib

Potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təşkil edilən növbəti təlimlər Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşları üçün keçirilib.

16 gömrük əməkdaşının qatıldığı və iki gün davam edən təlimlər “Bir pəncərə” prinsipi, gömrük dəyərinin müəyyən edilməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərində gömrük nəzarətinin təşkili, mədəni sərvətlərin, dini məzmunlu ədəbiyyatın, xidməti və mülki silahın, valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair mövzuları əhatə edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Oktyabr 2023 17:52
195