Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib
Sumqayıt Gömrük İdarəsində gömrük-biznes münasibətlərində qarşılıqlı etimad səviyyəsinin gücləndirilməsi məqsədilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, eyni zamanda tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ hüquqi aktlar və qanunvericliyə edilən dəyişikliklər barədə ətraflı məlumatlar verilib.
Görüş zamanı iştirakçılar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların suallar ətraflı cavablandırılıb.
Sonda xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə “Gömrük İNKİŞAF modeli”nin təqdimatı nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi