Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT-nin modernləşməsi üzrə virtual məsləhətləşmələr keçirilib

    ÜGT-nin modernləşməsi üzrə virtual məsləhətləşmələr keçirilib

    Oktyabrın 20-də “ÜGT-nin Modernləşməsi üzrə Avropa Regionu Virtual Məsləhətləşmələri” mövzusunda onlayn formatda forum  keçirilib.

    ÜGT-nin Avropa Regionu gömrük xidmətləri nümayəndələrinin təmsil olunduğu tədbirdə “Modernləşmə Planı üzrə tərəqqi hesabatı”, “Vəziyyətin Qiymətləndirilməsi Sənədi 2024”, “ÜGT-nin təşkilati mexanizmlərinin yenilənməsi üzrə iqtisadi əsaslandırma” mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

    Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak edib.

    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

    20 Oktyabr 2023 17:48
    195