Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Əsrə bərabər 20 il …

Əsrə bərabər 20 il …

Naxçıvan Baş Gömrük İdarəsində və tabeli gömrük postlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsində tədbirdə açılış nitqi ilə çıxış edən Baş İdarənin rəisi Vüqar Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyə qeyd etməsi bugünkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli Azərbaycanını ərsəyə gətirib.

Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu, uzaqgörən daxili və xarici siyasəti uğurla davam etdirilir. Son 20 ildə Azərbaycanda xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqaz regionu, dünyada güclü, qüdrətli ölkə kimi bütün sahələrdə öz sözünü deyir.

Son günlərdə xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən 2023-cü ilin 19-20 sentyabrında cəmi 24 saat ərzində lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan qələbə, Xankəndində şanlı bayrağımızın dalğalanması məhz Prezidentimiz İlham Əliyev siyasətinin təntənəsidir.

Daha sonra torpaqlarımızın işğaldan azad olunması ilə bağlı Prezident İlham Əliyevin tarixi missiyasına həsr olunmuş videorolik nümayiş etdirilib.

Qalib Liderin rəhbərliyi ilə növbəti onilliklərdə də Azərbaycan xalqının öz tarixinin yeni, şanlı səhifələrini yazacağına, bütün sahələrdə möhtəşəm inkişaf naminə yüksək zirvələr fəth edəcəyinə əminliyini bildirən baş idarə rəisi tədbirə yekun vurub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Oktyabr 2023 08:58
195