Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə görüş keçirilib
Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə görüş keçirilib
Oktyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdəki mehriban dostluq münasibətlərindən məmnunluqla bəhs edilib, həmçinin gömrük sahəsindəki işgüzar və səmərəli əməkdaşlığın bunun bariz nümunəsi olduğu vurğulanıb.
Qeyd olunub ki, gömrük xidmətləri nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi üçün yeni imkanlar yaradıb, iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığın inkişafı üçün hüquqi bazanın mövcudluğu əlaqələrin davamlılığının təmin olunmasına münbit şərait yaradır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi