Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri Sumqayıt Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub

Dövlət Gömrük Komitəsinin sədri Sumqayıt Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub

Oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Sumqayıt Gömrük İdarəsində xidmət edən gömrük əməkdaşları ilə görüşüb, fəaliyyətin təşkili prosesi ilə yaxından tanış olub.

Komitə sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi zəfər hesabına ərazi bütövlüyümüzün tam bərpa olunması nəqliyyat dəhlizlərinin, beynəlxalq ticarətin, həmçinin ölkəmizin və regionun inkişafı üçün yeni imkanlar yaradır ki, bu da öz növbəsində digər dövlət qurumları kimi gömrük xidmətinin qarşısında yeni hədəflər müəyyənləşdirir, məsuliyyətini daha da artırır.

Qeyd olunub ki, yeni çağırışlara cavab vermək, strateji hədəflərə nail olmaq məqsədilə gömrük sisteminin bütün sahələrində təkmilləşdirilmələr, yeniliklər həyata keçirilir və məqsəd xarici ticarət iştirakçıları, vətəndaşlar üçün şəffaf, asan, keyfiyyətli xidmətlər təqdim etmək, nümunəvi  gömrük xidməti formalaşdırmaqdır.

Sonda Sumqayıt Gömrük İdarəsinin ərazisində aparılan abadlıq işləri çərçivəsində ağaclar əkilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Oktyabr 2023 19:46
195