Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda gümüş aşkar edilib

Külli miqdarda gümüş aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada hərəkət edən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Oktyabr 2023 14:04
195