Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi ilə görüş keçirilib
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi ilə görüş keçirilib
Oktyabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Prettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan gömrük xidmətinin Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə mövcud əlaqələrindən məmnunluqla bəhs edilib, Beynəlxalq Yük Daşımaları (BYD) kitabçası ilə təmin olunan nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, bu sahədə rəqəmsal həllərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin yükdaşımalardakı əhəmiyyətindən də bəhs edilən görüşdə qeyd olunub ki, rəqəmsal həllərin tətbiqi bu dəhliz boyu yükdaşımaların həcminin artması, vaxta və resurslara qənaət baxımından mühüm imkanlar yaradacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi