Astara, Gəncə və Tovuz gömrük idarələrində xidmət keçən əməkdaşlar üçün təlimlər keçirilib
Astara, Gəncə və Tovuz gömrük idarələrində xidmət keçən əməkdaşlar üçün təlimlər keçirilib
Potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması məqsədilə təşkil edilən növbəti təlimlər Astara, Gəncə və Tovuz gömrük idarələrində xidmət keçən əməkdaşlar üçün keçirilib.
Təlimlər malların gömrük sərhədindən keçirilməsi ilə bağlı tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri, gömrük nəzarətinin təşkili, əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarəti tədbirləri, “Yaşıl dəhliz” buraxılış sistemi və ondan istifadə şərtləri, malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi və BYD Konvensiyası çərçivəsində yerinə yetirilən daşımalar zamanı aparılan əməliyyatların qanunvericilik əsasları, o cümlədən gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi: əsas prinsiplər və tətbiqi məsələlər, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu: tələblər, tətbiqi məsələlər və beynəlxalq standartlar, effektiv kommunikasiya, bədən dili və şəxsin davranış psixologiyası, idarəetmə bacarıqları-liderlik, təhlil aparma, proqnozlaşdırma, qərarvermə və vətəndaşlarla iş standartları (CRM) və s. mövzuları əhatə edib.
Keçirilən təlimlərdə Astara, Gəncə və Tovuz gömrük idarələrində xidmət keçən ümumilikdə 35 əməkdaş iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi